13 C
Baku
Sunday, November 27, 2022

Avropa COVİD-19-a yoluxmaların yeni dalğası ilə üzləşəcək

Yaxın həftələrdə Avropa COVİD-19-a yoluxmaların yeni dalğası ilə üzləşəcək.

Bu barədə Avropa Dərman Vasitələri Agentliyi xəbərdarlıq edib.

Qurumun nümayəndələri pandemiyanın hələ bitmədiyini, virusun “omikron” variantının mutasiyasının davam etdiyini bildiriblər. Mütəxəssislər bəzi mutasiyaların digərlərindən daha çox narahatlıq doğurduğunu qeyd edirlər. Onların sözlərinə görə, payız və qışda qrip və COVİD virusları eyni vaxtda yayılacaq. Bununla əlaqədar, avropalılara, xüsusilə risk qrupunda olanlara peyvənd olunmaq, profilaktik tədbirlər görmək tövsiyə edilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X