12 C
Baku
Saturday, November 23, 2024

Avropa depressiya səbəbindən hər il 600 milyard avro itirir

Rusiya-Ukrayna müharibəsi və koronavirus pandemiyasının səbəb olduğu Avropa İttifaqı əhalisi arasında depressiyaya uğramış psixi vəziyyətə görə Aİ və Böyük Britaniya hər il nə az, nə çox, 600 milyard avro itirirlər ki, bu da Aİ-nin ÜDM-nin 4,2 faizini təşkil edir.

Bu barədə “Polşa İqtisadi Araşdırmalar İnstitutu” (PIE) məlumat yayıb.

Həmin məbləğin 30 faizindən çoxu məşğulluğun azalması və əmək məhsuldarlığının aşağı düşməsi ilə bağlıdır. Eurobarometer sorğularına görə, Rusiya-Ukrayna müharibəsi və koronavirus pandemiyası xüsusilə avropalıların mənəvi və psixoloji vəziyyətinə təsir edib (62 faiz).

Qeyd olunub ki, 2030-cu ilə qədər qeyri-infeksion xəstəliklərin müalicəsinə xərclənən vəsaitin yarısını psixi xəstəliklərin müalicəsi üçün xərcləmək lazım gələcək. Oxşar fikri dünya əhalisinin psixi vəziyyətini qiymətləndirən Dünya İqtisadi Forumu da səsləndirib.

Son xəbərlər
Digər xəbərlər