Avropa dövləti koronavirus qadağalarını tamamilə ləğv etdi

Danimarka anti-COVID tədbirlərini tamamilə ləğv edən ilk Avropa ölkəsi oldu.

COVID-19 infeksiyasını xüsusilə təhlükəli bir xəstəlik olaraq təyin edən tənzimləmə bu gün başa çatır.

Bu qərarın ləğvi ilə yanaşı, məhdudiyyətlərin tədricən qaldırılması haqqında qərar da ləğv olunub.

Həmin qərar oktyabrın 1-nə qədər qüvvədə qalacaqdı.

İndi ölkə daxilində restoranlara, idman salonlarına və gecə klublarına girmək üçün artıq buraşılış icazəsi tələb olunmayacaq; uşaqlar COVID-19-a yoluxmuş şəxslə təmasda olduqdan sonra dərhal evə göndərilməyəcək.

Karantin yalnız koronavirus xəstələri üçün keçərli olacaq. Sağlam vətəndaşlar ofislərə, uşaqlar isə məktəblərə qayıda biləcəklər.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər