Avropa Gürcüstan ordusunu gücləndirir – 20 milyonluq yardım

Avropa İttifaqı Şurası Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək üçün 20 milyon avroluq yardım paketini təsdiqləyib.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qərar Avropa Sülh Fondunun (APF) proqramı, Avropa İttifaqının ümumi müdafiə və təhlükəsizlik siyasəti çərçivəsində qəbul edilib.

Yardımla əlaqədar Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstək veriləcək. Həmçinin yardım paketi hərbi tibb, hərbi mühəndislik və nəqliyyat potensialının gücləndirilməsinə yönəldiləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər