23 C
Baku
Sunday, June 2, 2024

Avropa Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi

Banker.az Tass agentliyinə istinadən xəbər verir ki, mart ayının sonundan başlayaraq Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər

Verilən məlumatlara görə, vizasız rejim Şengen ölkələrinə “qısa müddətli” səfərlərə şamil edilir.

Təşkilatın bəyannaməsində qeyd edilir ki, 27 fevral 2017-ci ildə Aİ şurası Aİ ölkələrinə 90 günlük müddətə səfər edən Gürcüstan vətəndaşlarını viza rejimindən azad edilməsi barədə qərar verib.

“Son qərar artıq verildi, Gürcüstan vətəndaşlarını bu uğur münasibətilə təbrik etmək zamanı çatıb. Siz bu anı çoxdan gözləyirdiniz və çox tezliklə geri qalan prosedurları və administrativ tədbirləri həyata keçirəcəyik. Ümid edirik ki, tezliklə, daha doğrusu mart ayının sonundan başlayaraq Gürcüstanın biometrik pasporta sahib vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız gedə biləcəklər” – deyə məlumatda bildirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər