Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Avropa hərbi innovasiyalar mərkəzi yaratmaq qərarına gəliblər.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel qurumun Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Bu gün biz Aİ-yə üzv dövlətlər arasında hərbi innovasiyalar üzrə əməkdaşlığı təşviq etmək və dəstəkləmək üçün Avropa Müdafiə İnnovasiya Mərkəzini yaratdıq”, – Borrel qeyd edib.