15 C
Baku
Saturday, April 20, 2024

Avropa hava limanlarına verilmiş adlar kimlərin şərəfinə olmuşdur

Hava limanlarına məşhurların adını vermək ənənəsi Avropaya ABŞ-dan gəlmişdir, bunun üçün Kennedini və ya La-Quardiyanı xatırlamaq kifayət edir. Fiorello La – Guardiya adı ilk növbədə hava limanı ilə, daha sonra isə  Nyu-Yorkun icra başçısı ilə əlaqələndirilir. Avropada da bu ənənə dərin kök salmışdır.

Almaniya

AirBerlin Dachmarke VorfeldAdətən, Almaniya hava limanları bu şəhərdə anadan olmuş və  çalışmış məşhur siyasətçilərin şərəfinə adlandırılır. Bu ənənədən kənara çıxan hava limanlardan biri olan  Nünberq, rəssam Albrext Dürerin şərəfinə adlandırılmışdır.

Hamburg hava limanı isə keçmiş AFR kansleri olan Helmut Shmidtin adını daşıyır. Bu ad ona  2016-cı ildə siyasətçinin ölüm hadisəsi ilə əlaqədar olaraq verilmişdir.

Əgər yarım əsrdən sonra Almaniyada Angela Merkel hava limanını görsək, heç də təəccüblənməyəcəyik.

Avstriya

parkhaus beim flughafen salzburg 300931Salzburqda təyyarədən yerə endikdən sonra, Volfgang Amadey Moçart hava limanına düşmüş olursunuz və bu olduqca məntiqlidir.

İtaliya

Image result for rome airport da vinci

İtalyanlar isə bu işə fantaziya ilə yanaşıb. İtaliya hava limanlarının adları vasitəsi ilə siz ölkənin tarixini və mədəniyyətini öyrənmiş olursunuz.

Roma hava limanı Leonardo da Vinçinin, Boloniya limanı radio ixtiraçısı Qulyelmo Markoninin, Parma hava limanı Cuzeppe Verdinin, Rimini hava limanı isə məşhur rejissor Federiko Fellininin  şərəfinə adlandırılmışdır.

Venesiya hava limanı isə qurur duyaraq  səyahətçi Marko Polonun adını daşıyır.

Fransa

Antoine de Saint Exupéry 1Siyasi cəhətdən aktiv fransızlar ölkənin əsas hava limanını  general Şarl de Qollun şərəfinə adlandırıblar.

Lionda hər şey daha mükəmməl bir şəkildə bir araya gəldi: şəhər  sakinləri hava limanını yazıçı və pilot olan Antuan de Sent-Ekzuperi şərəfinə adlandırıblar.

Böyük Britaniya

Ingilislər digər xalqlardan fərqli olaraq  hava limanlarına öz yerlilərin adlarını vermək tərəfdarları deyil. Belə hava limanlarından biri Liverpul hava limanıdır. 2002-ci ildə limanın adı dəyişilərək Con Lennonun  şərəfinə adlandırılmışdır.

Digər bir liman isə Şimali İrlandiyada Belfast hava limanıdır ki, 2006-ci ildə ona məşhur futbolçu olan Corc Bestanın adı verilmişdir.

İspaniya

Madrid – Baraxas hava limanı baş nazir Adolf Suaresin şərəfinə adlandırılmışdır. O, İspaniyada Franko rejimindən sonra ölkədə siyasi partiyaların leqallaşdırılmasına, ilk demokratik seçkilərin keçirilməsinə və konstitusiyanın qəbul olunmasına nail ola bilmişdir.

Portuqaliya

lisbon airport 1Lissabon Beynəlxalq Hava Limanına ümummilli lider Ümberto Delqadonun adı verilib.  O, BBC generalı olmaqla yanaşı, Salazar rejiminə qarşı müxakifət lideri olmuşdur.

Porto şəhərində bir böyük hava limanı, 1980-ci ildə ölkənin baş naziri olan alim, hüquqşünas və siyasətçi Fransişku Sa Karneyru adını daşıyır.



Son xəbərlər
Digər xəbərlər