7 C
Baku
Thursday, December 12, 2024

Avropa İnkişaf Bankı Azərbaycan üzrə investisiya portfelini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi ötən ilin sonuna 836 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 0.8% və ya 7 mln. avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 33-dən 35-ə çatıb.

Bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 86%-ni (726 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 10%-ni (85 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 1.8% azalaraq 752 mln.avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 187 layihə çərçivəsində 3.588 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 85.8 %-i (3.080 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 14%-i özəl sektorun payına düşüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər