21 C
Baku
Tuesday, October 8, 2024

Avropa İnvestisiya Bankı AccessBank-a kredit ayırdı

Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a 25 milyon Avro məbləğində aralıq krediti ayıraraq Azərbaycanda kredit əməliyyatlarına başlayıb. Təqdim olunan vəsaitlər Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəldiləcək.

«Bu, AccessBank üçün çox vacib layihədir. Bizə iri həcmli kredit verən tərəfdaşımızın dəstəyini yüksək qiymətləndiririk və fəxr edirik ki, AİB kimi nüfuzlu maliyyə institutu Azərbaycanda ilk krediti məhz AccessBank-a ayırdı. AİB tərəfindən təqdim olunan vəsaitlər ölkənin dinamik surətdə inkişaf edən KOB sektorunun kreditləşməsinə yönələn Bank fəaliyyətinin inkişafına böyük töhfə verəcək», – AccessBank-ın Baş Meneceri Michael Hoffmann sövdələşməni şərh edərək qeyd etdi.

AİB-nın Vitse-Prezidenti Vilhelm Molterer müqavilənin imzalanması mərasimində dedi: «AİB-nın Azərbaycanda verdiyi ilk kredit KOB müəssisələrinin uzunmüddətli maliyyələşmə imkanlarından istifadə etməsinə və bu yolla özəl sektorun inkişaf etməsinə imkan yaradacaq. Öz növbəsində, bu, KOB sektorunun gücləndirilməsinə və ölkə iqtisadiyyatının gələcək diversifikasiyası və müasirləşməsi üçün Azərbaycan Hökumətinin planlarının həyata keçirilməsinə kömək edəcək».

Bu kredit AİB-nin Xarici Kreditləşmə Mandatının vəzifələrinə müvafiqdir. Bu Mandat yerli özəl

Son xəbərlər
Digər xəbərlər