24 C
Baku
Friday, June 28, 2024

Avropa İnvestisiya Bankı Praqada tam təchiz edilmiş ofisini istifadəyə verib

1992-ci ildən Çexiyada fəaliyyət göstərən Avropa İnvestisiya Bankı (AİB) fevralın 22-də Praqada tam təchiz edilmiş ofisini açıb. Bölməyə 2009-cu ildən AİB-də işləyən Qana Kaloudova rəhbərlik edəcək.

 psm7.com saytı xəbər verir ki, ofisin Praqada açılması AİB-in Avropa İttifaqının bütün üzv dövlətlərində öz iştirakının gücləndirilməsi siyasətinə uyğundur. Bankda hesab edirlər ki, Avropa İttifaqının əsas paytaxtlarında kredit müəssisələrinin fiziki mövcudluğu bankın maliyyə bazarına yaxınlığını artıracaq, eləcə də AİB-in səmərəliliyini və bankın yerli hakimiyyətlə münasibətlərini yaxşılaşdıracaq.

AİB 1992-ci ildən Çexiyada 18,4 milyard avro məbləğində kredit verib.

Azertag

Son xəbərlər
Digər xəbərlər