26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Avropa İnvestisiya Bankı Şərq-Qərb sürət yolunun yenidən qurulmasına 106.7 milyon avro ayıracaq

Screen Shot 2021 09 02 at 14.34.20

Avropa İnvestisiya Bankı (EIB) Gürcüstana ölkənin əsas magistralı olan Şərq-Qərb sürət yolunun (E60) yenidən qurulmasına 106.7 milyon avro ayıracaq.

Bu barədə bankın saytında yerləşdirilən məlumatda bildirilib.

Kredit 30 kilometrlik Algeti-Sadaxlı və 32 kilometrlik Rustavi-Qırmızı körpü yol hissələrinin təmirinə yönəldiləcək.

Məlumatda qeyd olunub ki, 388 kilometrlik E60 dəhlizi Azərbaycan-Gürcüstan sərhədindəki Qırmızı körpü sərhəd-keçid məntəqəsindən başlayır və Qara dəniz sahilindəki Poti limanına qədər uzanır və daha sonra Türkiyə sərhədinədək davam edir: “Modernləşdirilmə üzrə işlərin başa çatdırılmasından sonra yol sərnişin və yük daşımaları daha müasir və təhlükəsiz olacaq”.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər