4 C
Baku
Friday, March 29, 2024

Avropa İnvestisiya Bankı Türkiyəyə kreditləri dayandırıb

Avropa İnvestisiya Bankı Avropa Şurasının müvafiq tövsiyələrinə uyğun olaraq Kipr sahillərində geoloji kəşfiyyat fəaliyyətlərinə görə Türkiyəyə kredit ayırmağı ilin sonunadək dayandırıb.

Report agentliyi  “Reuters”ə istinadən xəbər verir ki, bu tədbir Türkiyənin özəl şirkətlərinin iştirak etdiyi layihələrə şamil olunmur.

Xatırladaq ki, iyulun 15-də Avropa İttifaqı Şurası Kipr Respublikasının xüsusi iqtisadi məkanında geoloji kəşfiyyat işlərinə görə Türkiyəyə qarşı sanksiya tətbiqinə səs verərək birgə tədbirləri dayandırmaq, 2020-ci ildə iqtisadi yardımları təxirə salmaq qərarını verib. Həmçinin Aİ ilə Türkiyə arasında yüksək səviyyəli danışıqlar da dayandırılıb.

Qeyd edək ki, Kipr Respublikasının xüsusi iqtisadi məkanının bir hissəsini Şimali Kiprə məxsus ərazi hesab edən Türkiyə hökuməti iyun və iyul aylarında daha əvvəl iri qaz yataqlarının kəşf olunduğu bölgəyə üç kəşfiyyat gəmisi göndərib.

Son xəbərlər
Digər xəbərlər