8 C
Baku
Wednesday, October 30, 2024

Avropa İnvestisiya Bankı Ukraynaya 550 milyon avro köçürüb

Avropa İnvestisiya Bankı (EIB) Ukraynaya 550 milyon avro köçürüb ki, bu da enerji infrastrukturunun bərpasına sərf oluna bilər.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıxal bildirib.

“Bu gün Avropa İnvestisiya Bankı ölkəmizə əlavə 550 milyon avro köçürüb. Vəsaitlər, xüsusən, zədələnmiş enerji infrastrukturu obyektlərinin təmiri xərclərini ödəməyə və Ukraynanın elektrik şəbəkəsinin dayanıqlığını qorumağa kömək edəcək. Yardım icmalarda əhaliyə kommunal və əsas xidmətlərin göstərilməsini bərpa etməyə yönəldilməlidir”, – baş nazir teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, cəmi iki ay ərzində EIB və Avropa Komissiyasının təcili yardım paketi çərçivəsində Ukrayna 1,05 milyard avro alıb.

“Daha 540 milyon avro isə birgə layihələrin maliyyələşdirilməsini bərpa etməklə ödəniləcək”, – o bildirib.

Son xəbərlər
Digər xəbərlər