11 C
Baku
Tuesday, November 26, 2024

Avropa İnvestisiya Bankı Ukraynaya 560 mln. avro yardım ayıracaq

Avropa İnvestisiya Bankı (EIB) Ukrayna hakimiyyətinə ölkənin bərpası üçün 560 milyon avro verəcək.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Bankın prezidenti Nadia Kalvinyo bildirib ki, bununla bağlı memorandum bu gün Ukrayna rəhbərliyi ilə imzalanacaq.

Onun sözlərinə görə, bu vəsait enerji infrastrukturunun, avtomobil və dəmir yollarının, xəstəxanaların inşasına və mülki əhalinin müdafiəsinə sərf olunacaq:

“Ukrayna Avropa İnvestisiya Bankı üçün prioritetlərdən biri olaraq qalır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər