Barbara Balke Avropa İnvestisiya Bankına (EIB) yeni Baş Katib təyin edilib.
Bu vəzifənin icrasına B. Balke 2023-cü ilin yanvar ayından başlayıb.
Məlumata görə, əvvəlki Baş Katib Marjut Falkstedt Avropa İnvestisiya Fonduna (EIB Qrupuna daxildi) rəhbərlik edəcək.
Xatırladaq ki, Barbara Balke 20 ildən çoxdur ki, EIB-də işləyib. Onun bankda sonuncu vəzifəsi EIB-nin Baş Məsləhətçisi və Hüquq Direktorluğunun Baş direktoru olub.
O, Almaniyada hüquqşünas ixtisasına yiyələnib və Edinburq Universitetində hüquq magistri dərəcəsinin ardınca isə Bonn Universitetində hüquq üzrə doktorluq dərəcəsini alıb.
EIB-yə qoşulmazdan əvvəl o, vəkil işləyib və Almaniyanın Köln şəhərində vəkillər kollegiyasının üzvü olub.