Avropa İttifaqına daxil zəif regionların iqtisadi baxımdan dəstəklənməsi üçün 1958-ci ildə Avropa İnvestisiya Bankı yaradıldı. Onun əsas məqsədləri iqtisadi cəhətdən zəif olan regionları uzun müddətə maliyyələşdirmək idi. Həmçinin bu məqsədlərə onların 40 il müddətinə kreditlə təmin edilməsi də daxil idi. Beləliklə effektiv faiz dərəcəsi digər banklarla müqayisədə nəzərə çarpacaq dərəcədə aşağı enmişdi. Bu iqtisadi cəhətdən zəif olan ölkələrə dirçəlmək imkanı yaratdı.
Bankın idarəsi İdarə Heyəti tərəfindən həyata keçirilir. Onun tərkibinə layihəyə üzv ölkələrdən maliyyə nazirləri daxildir. Banka Avropa İnvestisiya Bankının prezidenti rəhbərlik edir. Bu işdə ona bir neçə müavin köməklik göstərir. Nizamnamə kapitalının əksər hissəsi İngiltərə, Fransa, İtaliya, Almaniya kimi ölkələrdə yerləşir. Bu hissə təxminən ECU-nun (Avropa Valyuta vahidi) 15 milyardını təşkil edir.
Digər dövlətlərin diqqətini cəlb etmək məqsədilə Avropa İnvestisiya Bankı istiqrazların emissiyası ilə məşğul olur. Bu bankın istiqrazları Almaniya markı, ABŞ dolları və İsveçrə frankı olaraq buraxılır.
Avropa İnvestisiya Bankının verdiyi kreditlər nəqliyyatın, energetikanın və s.nin inkişafına xərclənir. Bir şəxs kredit almaq məqsədilə Avropa İnvestisiya Bankından böyük miqdarda pul tələb edərsə ona mütləq kömək göstərilərək istədiyi məbləğdə kredit verilir. Bank da öz növbəsində bu və ya digər məqsədlər üçün tələb olunan məbləğin 50%-dən artığını verəcək. İngiltərə, İtaliya, İrlandiya və Fransa tez-tez belə kreditlərə müraciət edirlər. Kreditin verildiyi valyuta tamamilə müxtəlif ola bilər. Kredit üzrə faiz dərəcəsi İdarə Heyəti tərəfindən tənzimlənir və onun müəyyən olunması çoxsaylı amillərlə şərtlənir.
Son zamanlar Avropa İnvestisiya Bankı energetikanın inkişafına sərmayə yatırır. Bank nəhəng firmaların layihələrini maliyyələşdirir və bu firmalar da öz növbəsində lazım gəldikdə bu vəsaitləri qarşılıqsız istifadə üçün verə bilər.
İnkişaf etməkdə olan ölkələr bu bankın maraq dairəsinə daxildir. Bu ölkələrə kreditlərin verilməsi güzəştli şərtlərlə həyata keçirilə bilər.