Avropa İttifaqı Əfqanıstana humanitar yardımı 57 milyon avrodan 200 milyon avroya qədər artırmağa qərar verib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Avropa Komissiyasının rəhbəri Ursula don der Leyen “Twitter” hesabında yazıb:
“G7 liderlərinin videokonfransında həm ölkə daxilində, həm də xaricində humanitar yarımın 50 milyondan avrodan 200 milyon avroya qədər artacağını elan edəcəyəm”.
Şənbə günü fon der Leyen Aİ-nin bu il üçün Əfqanıstana humanitar yarım miqdarını “əhəmiyyətli dərəcədə artıracağını”, lakin bu ölkəyə göstərilən bütün iqtisadi yardımları donduracağını söyləyib.