10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Avropa İttifaqı 2 trilyon avroluq uzunmüddətli iqtisadi dəstək planını nəzərdən keçirəcək

Avropa İttifaqı cümə aşxamı günü baş tutacaq videokonfransda 2 trilyon avro dəyərində uzunmüddətli iqtisadi dəstək planını nəzərdən keçirəcək.

Banker.az xəbər verir ki, bu barədə sammit üçün hazırlanan saziş layihəsinə istinadən “Bloomberg” məlumat verib.

Agentliyin qeyd etdiyi kimi, bu yardım fonduna Avropa Komissiyasının 2021-2027-ci illəri əhatə edən büdcə planı çərçivəsində ayırdığı 300 milyard avro da daxil olacaq. Lakin “koronabond” ların (Avropanın qiymətli kağızları) buraxılmasına qarşı Almaniya, Hollandiya, İsveç və bir sıra digər ölkələr çıxıb.

Ümumiyyətlə, agentlik Brüsseldə əvvəllər verilən hesablamalarla razılaşır ki, aprelin 23-də keçiriləcək sammitdə uzunmüddətli yardım proqramı ilə bağlı yekun qərar hələ qəbul edilməyəcək, çünki maliyyələşdirmə yolları ilə bağlı fikir ayrılıqları çoxdur.

Son xəbərlər
Oxşar xəbərlər