Avropa İttifaqı (Aİ) səfirləri 2027-ci ilin payızına qədər Rusiya qazından tədricən imtina planını təsdiq ediblər.
Bu barədə Aİ Şurasının Danimarka sədrliyinin bəyanatında bildirilib.
Keçən həftə Brüsseldə elan edilən müqaviləyə əsasən, Aİ 2026-cı ilin sonunadək Rusiya mayeləşdirilmiş təbii qazının idxalını və 2027-ci ilin sentyabrının sonunadək boru kəməri qazının idxalını dayandıracaq.
Qeyd edək ki, qadağa qüvvəyə minməzdən əvvəl üzv ölkələrin nazirlərinin və Avropa Parlamentinin rəsmi təsdiqini tələb edir.
Aİ-də Rusiya qazından istifadə 2022-ci ildə Ukrayna ilə müharibə başlamazdan əvvəl 45 faizdən 2025-ci ilin oktyabrında 12 faizə qədər azalıb.







