Avropa İttifaqı (Aİ) ABŞ ilə yeni ticarət strategiyası üzərində işləyir.
“Financial Times” bu barədə geniş yazı dərc edib.
Məqalədə göstərilir ki, ittifaq ABŞ-nin tətbiq edəcəyi istənilən iqtisadi yanaşmaya adekvat cavab tədbirləri layihəsi hazırlayır. Bu isə Donald Trampın prezident olacağı təqdirdə Aİ ölkələrindən idxala 10 faizlik rüsum tətbiqini nəzərdə tutur. Bu arada, adının çəkilməsini istəməyən ittifaq rəsmilərindən biri mətbuata açıqlayıb ki, qurumda rəsmi Vaşinqtonla razılaşma imzalamaqda maraqlı olsa da, onlara qarşı atılacaq bütün addımlara cavab veriləcək.
Eyni zamanda Avropa İttifaqı daxilində Tramp dövründə rəsmi Vaşinqtonla ortaq məxrəcə gəlinməsi üçün ABŞ-dən məhsul idxalını artırmanın vacibliyi ilə bağlı müzakirələr gedir.
Avropa Komissiyasının Ticarət Departamenti bu baş verərsə, ABŞ-dən idxal edilən bir sıra məhsullara 50 faizlik gömrük rüsumunun tətbiq olunacağını, qalanlarının isə rüsumdan azad ediləcəyini açıqlayıb.