9 C
Baku
Friday, December 13, 2024

Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarnı dəstəkləmədi

Avropa İttifaqı Komissiyasının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moscovisi ABŞ-ın İrana təkrar sanksiyalar tətbiq etmək barədə qərarını dəstəkləmədiyini bildirib.

Banker.az Azertag-a istinadla xəbər verir ki, Pyer Moscovisi “Franceinfo” radiosunda ABŞ-ın 2015-ci ildə nüvə sazişi çərçivəsində ləğv olunan bütün İran sanksiyalarının bərpa edilməsi barədə qərarına münasibət bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranla nüvə sazişindən çıxdığını bildirərək avqustun 7-də bu ölkəyə qarşı ilk sanksiya paketini tətbiq edib. Birləşmiş Ştatların ikinci sanksiya paketi isə 180 günlük müddətin bitməsinin ardından noyabrın 5-də qüvvəyə minib. Bu gündən etibarən İran Beynəlxalq Neft Şirkəti, İran Neft Ticarəti Şirkəti və Beynəlxalq Tanker Şirkəti beynəlxalq məhdudiyyətlərə məruz qalacaq.

İran Prezidenti Həsən Ruhani ABŞ sanksiyalarının ikinci mərhələsini şərh edərkən deyib ki, ölkəsi bu sanksiyaları qıracaq və xaricə neft satmaqda davam edəcək.

Son xəbərlər
Digər xəbərlər