Avropa İttifaqı (Aİ) Azərbaycanı sammitinə dəvət edəcək.
Avropa İttifaqı Azərbaycanı Çexiyanın paytaxtı Praqada keçiriləcək sammitinə dəvət etməyi planlaşdırır.
Məlumata görə, Aİ-nin sammitinə dəvət olunanlar arasında Norveç, İsveçrə ilə yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələri də daxil olmaqla, İttifaqa üzvlük üçün müraciət edən daha 8 ölkə də var.
Daha əvvəl Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Aİ-nin Türkiyəni də sammitə dəvət etməli olduğunu vurğulayıb.