4 C
Baku
Tuesday, December 24, 2024

Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Bu barədə Aİ rəsmisi özünün tviterdəki hesabında yazıb.

O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə şaddır. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb.

Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşləri üzərində qurmaq üçün hər iki ölkə ilə işləməyə davam edəcəyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər