16 C
Baku
Thursday, April 25, 2024

Avropa İttifaqı banklarla bağlı planını təqdim etdi

Avropa İttifaqı uzun gecikmələrdən sonra bankların ticari əməliyyatlarının məhdudlaşdırılmasına yönəlmiş planını nəşr etdi. Bu plan həmçinin tənzimləyicilərə riskli ticarət əməliyyatlarını təhlükəsiz kredit əməliyyatlarından ayırd etmək imkanı verəcək. Bu fəaliyyətlər banklarla əlaqəli risklərin azalmasına da səbəb olacaq.

Lakin bank sektoru tərəfindən təzyiqlərə görə, təklif bankların hələ 15 ay öncə səsləndirilən pərakəndə və investisiya biznesi planlarından uzaqlaşır.

Məmurlar isə öz növbəsində bildirmişlər ki, planın yaxın zamanda qəbul edilməsi gözlənilmir. Çünki bu planı ilk öncə Avropa parlamenti təsdiq etməlidir. Burada da seçkilər hələ may ayında baş tutmalıdır. Bütün bunlara görə, bu plan üzrə səsvermə ya bu ilin sonu, ya da gələn ilin əvvəlində həyata keçiriləcək.

Planlara görə HSBC, Deutsche Bank və BNP Paribas bankları da daxil olmaqla regionun 30-a yaxın bankına şəxsi ticarət əməliyyatlarına qadağa qoyulacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər