Avropa İttifaqı Belarusu təcrid edir.
RBK xəbər verir ki, buna səbəb İrlandiyanın Afinadan Vilnüsə uçan “Ryanair” şirkətinə məxsus təyyarənin Minskdə məcburi eniş etməsidir.
Bildirilib ki, mayın 24-də gecə saatlarında Avropa İttifaqının sammiti Belarusa sanksiyaların tətbiq edilməsinə dair qərar qəbul edib. Avropa İttifaqı Şurasının başçısı Şarl Mişel deyib ki, sammitin yekununa əsasən, İttifaq Belarus aviaşirkətlərinə məxsus təyyarələrin Avropa ölkələrinin hava məkanından istifadəsi qadağan olunub. Bu qadağa Avropa İttifaqı Şurasının nazirlərinin razılaşması və təsdiqindən sonra qüvvəyə minəcək.
Sammit iştirakçıları İttifaqa üzv olan dövlətlərə daşımalar üçün Belarusun hava məkanından istifadədən imtina etməyi məsləhət görüblər. Bundan başqa, Belarus hakimiyyətinə qarşı fərdi şəkildə yeni iqtisadi sanksiyaların tətbiq edilməsi məsələsinə də sammitdə baxılıb.
ABŞ prezidenti Cozef Bayden “Ryanair”in təyyarəsinin Minskdə məcburi endirilməsində iştirak edənlərin məsuliyyətə cəlb olunması variantını administrasiyasına tapşırıb.
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqını Minsk hava limanında baş verən məlum hadisəyə ikili standartlarla yanaşmamağa çağırıb.