4 C
Baku
Tuesday, December 24, 2024

Avropa İttifaqı bu gün Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiyanı təsdiq edəcək

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri bazar ertəsi, oktyabrın 17-də Lüksemburqda planlaşdırılan görüş keçirəcək.

Aİ-nin yüksək səviyyəli nümayəndəsi nazirlərin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləyəcəklərini bildirib.

Diplomatın sözlərinə görə, hələlik missiyanın təfərrüatları məlum deyil:

“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin sərhədinə Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcək. Məsələnin vacibliyinə görə Gürcüstandakı nümayəndəliyimizdən işçiləri götürürük”.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər