26 C
Baku
Saturday, July 27, 2024

Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edə bilər

Avropa Komissiyası Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.

Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Buna Ukraynada münaqişə başlayandan bəri Çin şirkətlərinin Rusiyaya bəzi texniki avadanlıqların tədarükü səbəb olub.

Sanksiyalar siyahısı mayın ortalarında müzakirə olunacaq.

Siyahıya 7 Çin şirkəti daxil edilib.

Həmin şirkətlər yarımkeçiricilərin, mikroçiplərin və elektronikanın inkişafı sahəsində çalışır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər