Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel dekabrın 7-8-də Aİ-Çin sammitində iştirak etmək üçün Pekinə səfər edəcək.
O, bu barədə telekannalrdan birində deyib.
“Dekabrın 7 və 8-də Çində Çin lideri və onun komandası ilə ikitərəfli sammitimiz olacaq”,- deyə Mişel bildirib.
O, nümayəndə heyətinin tərkibinə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin də daxil olacağını deyib.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı ilə Çin arasında təkbətək sammit 2019-cu ildə təşkil olunub.