24 C
Baku
Friday, July 4, 2025

Avropa İttifaqı çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarını sərtləşdirəcək

Avropa Komissiyası çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarını gücləndirmək niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə təşkilatın press-relizində deyilir.

“Avropa Komissiyası Aİ-nin çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəsini daha da gücləndirmək üçün hərtərəfli yanaşma təklif edib”, – mesajda deyilir.

Bunlar sırasında Aİ-nin çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarının tətbiqi və bu kimi qanunların standartlaşdırılmış şəkildə yerinə yetirilməsinə üstmilli nəzarəti misal göstərmək olar.

“Avropa İttifaqına üzv olan dövlətlər bu qaydaları müxtəlif yollarla tətbiq etməyə meyllidirlər və bu, cinayətkarlar tərəfindən istifadə edilə biləcək boşluqlara səbəb olur. Bununla mübarizə aparmaq üçün Aİ 2021-ci ilin birinci rübündə daha uyğunlaşdırılmış qaydalar toplusunu təklif edəcəkdir”, – relizdə deyilir.

Qeyd edildiyi kimi, çirkli pulların yuyulmasına qarşı standartlara əməl olunması üçün vahid bir qurumun yaradılması təklifi irəli sürülüb.

Son xəbərlər
Digər xəbərlər