15 C
Baku
Saturday, April 20, 2024

Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinə yardım etmək istəyir

“Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında razılaşma əldə olunarsa, onun həyata keçirilməsi üçün hər cür yardım göstərəcək”.

Banker.az xəbər verir ki, bunu Avropa İttifaqının baş diplomatı Josef Borrell Ermənistan və Azərbaycan razılığa gələrsə, Aİ-nin Qarabağ ermənilərinə təhlükəsizlik zəmanəti verməyə hazır olub-olmaması sualına cavab verərkən deyib.“Bu razılaşma əldə olunarsa, həqiqətən çox şad olardıq. Və biz iki tərəflə işləyirik ki, həqiqətən də bu razılaşmaya nail olaq. Amma biz hələ bundan uzağıq. Lakin bu baş verərsə, Avropa İttifaqı sazişin həyata keçirilməsinə dəstək üçün hər cür yardım göstərəcək”, – Borrell bildirib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər