Avropa İttifaqı (Aİ) Ermənistana 14.2 milyon dollar ayrılmasını təsdiqləyib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Vəsait Ermənistanın ədliyyə sektorunda islahatlar və koronavirus pandemiyasının nəticələri ilə mübarizəyə sərf olunacaq.
“14.2 milyon avro məbləğində qrant şəklində vəsait ədliyyə sahəsində islahatların aparılmasına və COVID-19 pandemiyasının yaratdığı sosial-iqtisadi problemlərin yumşaldılmasına kömək edəcək”, – deyə məlumatda bildirilir.