19 C
Baku
Sunday, May 19, 2024

Avropa İttifaqı Ermənistana 14,2 mln. avro qrant verib

Avropa İttifaqı Ermənistana 14.2 milyon avro qrant verib.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın müşaviri Mane Adamyan bildirib.

Onun sözlərinə görə, bu məbləğin 6 milyon avrosu baş nazirin müavininin ofisi tərəfindən pandemiyanın nəticələrinin aradan qaldırılmasının reallaşmasına və ölkənin sosial-iqtisadi dayanıqlılığının güclənməsinə yönəldiləcək. O qeyd edib ki, bu, ikitərəfli qrantlar proqramı çərçivəsində köçürülən sonuncu tranşdır.

Avropa İttifaqı sözügedən layihə çərçivəsində son iki ildə Ermənistana 30 milyon avro ayırıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər