-1 C
Baku
Sunday, December 15, 2024

Avropa İttifaqı Ermənistana 400 müşahidəçi göndərəcək

“Avropa İttifaqının Ermənistan ərazisində yerləşdiriləcək mülki missiyasının tərkibinə ilkin mərhələdə 400 müşahidəçi daxil olacaq”.

Bu barədə məlumatı Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin yüksəkvəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, məsələnin təcili olmasını nəzərə alaraq, ilk müşahidəçilər Aİ-nin Gürcüstandakı missiyasının tərkibindən göndəriləcək.

Nümayəndə sözügedən məsələ ilə bağlı digər detalların hələ məlum olmadığını bildirib.

Qeyd edək ki, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bu gün Lüksemburqda iclas keçirəcəklər. İclasın gündəliyinə əsas olaraq Ukraynadakı münaqişə daxil edilib. Bununla yanaşı, nazirlərin bu gün Ermənistan ərazisinə göndəriləcək mülki missiyanı təsdiq edəcəkləri də gözlənilir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər