Avropa İttifaqı (Aİ) bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-itexniki missiya göndərəcək.
Bu barədə qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos deyib.
O bildirib ki, Aİ Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb: “Bu ilin sonu və ya gələn ilin əvvəlində Brüssel Ermənistan Silahlı Qüvvələrinə yardım göstərmək məqsədilə konkret təkliflər hazırlamaq üçün Ermənistana texniki missiya göndərəcək”.