“Avropa İttifaqı Şurası oktyabrın 5-də, yəni bu gün ərzində Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdıracaq”.
Bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə çox təhlükəli mərhələyə daxil olub. J.Borrel deyib ki, Avropa İttifaqının Kiyevə dəstəyi tam olaraq davam etməlidir.
Bu gün Aİ-nin Rusiyaya qarşı 8-ci sanksiyalar paketinin qəbul olunacağı gözlənilir.
***
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni sanksiya paketini razılaşdırıb.
Bu barədə adının çəkilməsini istəməyən Çexiya nümayəndəsi məlumat verib.
O bildirib ki, yeni sanksiyada Rusiya neftinin qiymətinə, bu ölkədən polad, kağız, kimya məhsulları, plastik və siqaretlərin ixracına, hüquq, informasiya texnologiyaları və mühəndis xidmətlərinin göstərilməsinə və s. məhdudiyyətlər tətbiq edilir.
Xatırladaq ki, Rusiyaya qarşı 8-ci sanksiya paketi oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada keçiriləcək Aİ ölkələri dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə toplantısında da müzakirə edilə bilər.