19 C
Baku
Friday, October 4, 2024

Avropa İttifaqı Gürcüstanla viza rejiminin liberallaşdırılmasını dayandıra bilər

Avropa İttifaqı Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin azad və ədalətli olacağına ümid edir, lakin vəziyyət pisləşərsə, Brüssel bu ölkə ilə viza rejiminin liberallaşdırılmasını dayandıra bilər.

Bunu jurnalistlərə Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Qerçinski deyib.

“Gürcüstanda baş verən müxtəlif proseslər Tbilisi ilə Brüssel arasında məsafəni artırıb. Biz bunu tərəfdaş ölkələrlə birlikdə müzakirə edirik. Prosesi izləyirik və ümid edirik ki, seçkilər ədalətli və şəffaf olacaq. Lakin vəziyyət daha da pisləşərsə, Aİ-nin müxtəlif alətlərindən mütləq istifadə edəcəyik. Viza rejiminin liberallaşdırılmasının dayandırılması da onlardan biridir”, – deyə Pavel Qerçinski bildirib.

Qeyd edək ki, Gürcüstan və Avropa İttifaqı ölkələri arasında vizasız rejim 2017-ci ildə qüvvəyə minib. Tbilisi 2023-cü ilin dekabrında Aİ üzvlüyünə namizəd statusu alıb.

Son xəbərlər
Digər xəbərlər