Avropa İttifaqı oktyabrın 7-də İsrailə hücuma görə Həmas nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.
Bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə 27 icma ölkəsinin xarici işlər nazirlərinin noyabrın 13-də keçiriləcək görüşü ərəfəsində jurnalistlərə deyib.
“Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq. Bu, şəxslərin qara siyahıya salınmasını da əhatə edə bilər”-deyə, o bildirib.
Diplomatın sözlərinə görə, noyabrın 13-də xarici işlər nazirlərinin görüşündə Yaxın Şərqdəki vəziyyət diqqət mərkəzində olacaq:
“Qəzza müharibəsində baş verənlərə və Aİ-nin orta müddətli perspektivdə hansı addımı atacağına dair nazirlər tərəfindən qiymətləndirmə aparılacaq”.