24 C
Baku
Saturday, July 5, 2025

Avropa İttifaqı Hindistan və Banqladeşə 1,6 milyon avro yardım edəcək

Avropa İttifaqı (Aİ) Hindistan və Banqladeşə “Amphan” siklonun nəticələrinin aradan qaldırılması üçün 1, 6 milyon avro həcmində maliyyə yardımı edəcək.

“TASS” xəbər verir ki, bunu Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə komissarı Yanez Lenarçiç bəyan edib.

Onun sözlərinə görə, Aİ tərəfindən Hindistana 500 min avro, Banqladeşə isə 1,1 milyon avro həcmində təcili maliyyə yardımı ayrılıb.

Qeyd edək ki, “Amphan” siklonu Hindistanın şərqində və Banqladeşdə minlərlə evi dağıdıb və azı 80 nəfərin həyatına son qoyub. Meteoroloqların məlumatına görə, “Amphan” Benqal körfəzində 1999-cu ildə 9 min insanın həyatına son qoyan qasırğadan sonra ən böyük siklondur.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər