28 C
Baku
Wednesday, June 26, 2024

Avropa İttifaqı ilə “Apple” arasında mübahisə yarana bilər

Avropa İttifaqı ABŞ-ın “Apple” korporasiyasını qanunvericilik səviyyəsində istifadəçilərin məlumatlarını xüsusi xidmət orqanlarına təqdim etmək məcburiyyəti qarşısında qoymağa hazırlaşır. 

“vistanews.ru” saytının məlumatına görə, buna səbəb Brüsseldə baş verən partlayışlardır. Belə ki, məlum hadisələrdən sonra Avropa İttifaqı ölkələri “Apple” və digər yüksək texnologiya istehsalçılarını istifadəçilərin mobil cihazlarında saxlanılan məlumatları xüsusi xidmət orqanlarına verməyə məcbur etmək niyyətindədirlər. Fransa parlamenti artıq yerli xüsusi xidmət orqanlarının səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə hazırlaşır.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi və “Apple” korporasiyası arasında terrorçuya məxsus smartfonun məlumatlarının Federal Təhqiqatlar Bürosuna (FBİ) təqdim edilməsi ilə bağlı yaranmış mübahisə, vətəndaşın toxunulmazlıq hüququnun təmin edilməsi və xüsusi xidmət orqanlarının səlahiyyətləri, həmçinin terror aktlarının qarşısının alınması üçün məsuliyyət daşıyanlar arasında “qızıl orta”nı müəyyənləşdirməyə vadar edib.

İKT.lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər