15 C
Baku
Friday, April 26, 2024

Avropa İttifaqı ilk dəfə hərbi konsepsiya qəbul edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin rəhbərləri təşkilatın “Strateji kompas” adlı ilk hərbi konsepsiya sənədi üzərində çalışmaları sürətləndirmək niyyətindədir.

Avropa İttifaqı Şurası üzvlərinin bugünkü bəyanatında müdafiə və təhlükəsizlik sahəsində NATO ilə hərtərəfli əməkdaşlığa davam edərək BMT və əsas regional tərəfdaşlarla əlaqələri gücləndirmək, habelə ABŞ-ın yeni administrasiyası ilə sözügedən sahədə dialoqu da nəzərdə tutan “güclü və iddialı” trans-Atlantik gündəmə dair əməkdaşlıq qurmaq niyyəti ifadə olunur.

Bununla yanaşı, sənəddə qeyd olunur:

“Yüksək nümayəndə (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi – red.) təhlükəsizlik və müdafiə ilə bağlı Aİ səviyyəli iddiaları daha da irəli aparmaqda bələdçi olan Strateji Kompas istiqamətində səyləri davam etdirməyi təklif edib. Biz də Yüksək Nümayəndəyə Aİ-nin bütün alətlərini işə salaraq üzv dövlətlərlə birgə Strateji Kompasla bağlı işləri irəli apararaq 2022-ci ilin mart ayınadək başa çatdırmağı tapşırdıq”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər