10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Avropa İttifaqı: iqtisadi böhran ilə mübarizə üçün 1,5 trilyon avro tələb olunur

Avropa İttifaqı ölkələri koronavirusun səbəb olduğu iqtisadi böhranla mübarizə üçün 1,5 trilyon dollar məbləğində yardıma ehtiyac duyurlar.

Banker.az xəbər verir ki, bu barədə Aİ-nin iqtisadiyyat komissarı Paolo Centiloni bildirib.

Bunlardan 500 milyard avro dərhal ödənilməlidir – həkimlərə və biznesə dəstək üçün.

“Avroqrup səhiyyə sektorunu, o cümlədən kiçik və orta biznesi dəstəkləmək üçün 500 milyard avro məbləğində yardım təklif edib. Bir trilyon avro tapmaq qalıb”, – deyə Centiloni “Der Spiegel” jurnalına bildirib.
S&P Global beynəlxalq reytinq agentliyi dünya iqtisadiyyatının bu il 2,4%, ABŞ və Avrozona iqtisadiyyatının isə müvafiq olaraq 5,2% və 7% azalacağını proqnozlaşdırıb.
Avropa, ehtimal ki, dünyanın digər regionları ilə müqayisədə daha ciddi tənəzzüllə üzləşə bilər. Avropa ölkələrinin 2021-ci ildən tez bərpa olması gözlənilmir.

Vəziyyətin inkişafı virusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan məhdudiyyəltərin müddətindən asılı olacaq. Xatırladaq ki, daha əvvəl Avropa Mərkəzi Bankı pandemiyadan zərər çəkmiş iqtisadiyyatları dəstəkləmək genişmiqyaslı stimul paketini təqdim etmişdir. Tənzimləyici həmçinin 750 milyard avro dəyərində təcili istiqraz alış proqramına başlamağa qərar verdi.

Son xəbərlər
Oxşar xəbərlər