11 C
Baku
Tuesday, April 15, 2025

Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı “insan haqlarının pozulması” və “etirazçılara qarşı repressiyalar” səbəbilə yeddi iranlı hakim və penitensiar sistemin üzvünə, o cümlədən iki quruma qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Avropa İttifaqının “Rəsmi dərgisində” dərc olunmuş Aİ Şurasının qətnaməsində deyilir.

Qeyd edilir ki, qara siyahıya düşmüş qurumlardan biri ölkənin cənubunda yerləşən Şiraz cəzaçəkmə müəssisəsidir.

Avropalı iş adamlarına və ya şirkətlərə bu və digər sanksiya altına düşmüş hüquqi şəxslərlə olduğu kimi – hər hansı əlaqə, o cümlədən investisiya məqsədli təmaslar qadağan edilib. Bu qurumun Avropa banklarındakı aktivlərinin dərhal dondurulacağı deyilir.

Qara siyahıya salınmış fiziki şəxslərə isə Aİ ərazisinə daxil olmaq da qadağan olunur.

Sanksiyalar rəsmi dərc olunduğu andan etibarən qüvvəyə minir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər