14 C
Baku
Friday, November 22, 2024

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir

Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları Brüsseldə İrana qarşı hücumları genişləndirmək barədə razılığa gəlib.

Bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel məlumat verib.

Onun sözlərinə görə, İran beynəlxalq səviyyədə təcrid olunmalıdır.

“Aİ Şurası İranın İsrailə hücumunu qətiyyətlə və birmənalı şəkildə pisləyir, İsrail xalqı ilə tam həmrəyliyini və İsrailin təhlükəsizliyinə, eləcə də, regionda sabitliyə sadiqliyini təsdiqləyir”, – Aİ dövlət və hökumət başçılarının iclasının yekunlarına əsasən hazırlanmış bəyannamədə deyilir.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər