8 C
Baku
Thursday, November 28, 2024

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell insan haqları pozuntularına görə İrana qarşı yeni sanksiyalar paketi elan edəcəklərini açıqlayıb.

Bu barədə Cozep Borrell jurnalistlərə açıqlamasında bildirib.

“3 iranlının edam edilməsindən sonra İrana qarşı yeni sanksiyalar paketi tətbiq edikəcəyik”, – Aİ rəsmisi qeyd edib.

Onun sözlərinə görə, İranın daha çox fiziki və hüquqi şəxsləri Aİ-nin sanksiyalar siyahısına əlavə olunacaq.

Xatırladaq ki, etiraz aksiyalarında iştirak etmiş 3 nəfər məhkum Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi mayın 19-da İsfahanda edam olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər