Gürcüstana 183, Ermənistana 92, Azərbaycana 14 mln. avro ayrılacaq

Avropa İttifaqı

Avropa İttifaqı koronavirusla mübarizə üçün Azərbaycana 14 milyon avro məbləğində vəsait ayıracaq.

Bu barədə Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə ali direktoratının rəhbəri, Loueren Meredi öz “twitter” hesabında yazıb.

Onun sözlərinə görə, İttifaq ümumilikdə 883 milyon avro vəsait ayıracaq və onun 14 milyonu Azərbaycana, 183 milyonu Gürcüstana, 92 milyonu Ermənistana, 60 milyonu Belorusa, 87 milyonu Moldovaya, 190 milyonu isə Ukraynaya çatacaq.

©ABC.az