12 C
Baku
Sunday, October 27, 2024

Avropa İttifaqı koronavirusla mübarizəyə 25 milyard avro ayıracaq

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Aİ-nın liderləri ilə aparılan telefon danışığı zamanı koronavirus epidemiyasını müzakirə edib.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

“Koronavirusla mübarizə aparmaq məqsədilə investisiya fondu yaradılacaq. Onun həcmi qısa müddətdə 25 milyard avroya çatacaq”, – fond der Leyen bildirir. Qeyd edildiyi kimi, bu məbləğin 7,5 milyardı dərhal ayrılacaq.

Xatırladaq ki, koronavirus Avropa İttifaqına daxil olan ölkələrin bir çoxunda aşkarlanıb. Epidemiyanın episentri isə İtaliyadır – bu günə kimi ölkədə 10 min yoluxma halı qeydə alınıb, 631 nəfər dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər