1 C
Baku
Saturday, December 14, 2024

Avropa İttifaqı “Libra” nın istifadəsinə qarşı çıxıb

Avropa İttifaqının səlahiyyətliləri “Libra” kriptovalyutasının istifadəsinə qarşı çıxıblar.

“Qanun, tənzimləmə və nəzarət problemləri həll olunmayana qədər Aİ-də “stablecoin” ilə bağlı hər hansı bir razılaşmanın bağlanması mümkün deyil”, – deyə Aİ-nın nazirləri qeyd edirlər.

Xatırladaq ki, rəqəmsal aktivin istifadəyə verilməsi gələn il üçün planlaşdırılmışdır, lakin demək olar ki, bütün siyasi və iqtisadi dairələrdə sərt müqavimət üzündən məsələ ya təxirə salınacaq, ya da tamamilə bağlanacaq.

“Libra” tərəfdarlarını itirməyə davam edir, belə ki, ilk başlarda layihəyə qoşulan 28 şirkətdən “Mastercard” və “Visa” da daxil olmaqla yeddisi artıq onu tərk edib.

Son xəbərlər
Digər xəbərlər