15 C
Baku
Friday, April 26, 2024

Avropa İttifaqı loqotipini və baş-qərargahını dəyişdi

28 Avropa dövlətinin iqtisadi və siyasi birliyi olan Avropa İttifaqı yeni baş qərargaha köçməsi ilə əlaqədar olaraq öz loqotipini dəyişdirdi. 

Yeni loqotip Avropa İttifaqının köçdüyü yeni binanı abstrakt təsvirlə təmsil edir. Təqdim edilən loqotip Avropa İttifaqının tərkibinə daxil olan müxtəlif müəssisələri simvolizə edir.

Baş-qərargahın qrafik dizaynını Hoet & Hoet şirkəti həyata keçirib və buna 60 min avro sərf edilib.

Yeni loqotip 1996-cı ildən etibarən istifadə edilən loqotipi əvəz edəcək. Qeyd edək ki, layihə 2014-cü ilin 1 iyunundan tam olaraq həyata keçirilməyə başlayacaq.

europa.jpg_17168_s1 europa01.jpg_17167_s1

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər