Avropa İttifaqına (Aİ) üzv dövlətlər rəsmi Budapeştin qurumun fondlarına giriş icazəsi verib-verməməsi barədə qərar qəbul etməzdən əvvəl Macarıstana anti-korrupsiya tələblərinə əməl etmək üçün əlavə iki ay vaxt verməyi planlaşdırır.
Bu barədə “Bloomberg” məbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Aİ-yə üzv ölkələrin ədliyyə nazirləri oktyabrın 13-də keçiriləcək iclasında müddətin uzadılması ilə bağlı razılığa gələ bilərlər. Aİ üzvlərinin böyük əksəriyyəti Macarıstana korrupsiya və saxtakarlıqla bağlı problemlərini həll etmək üçün daha çox vaxt verilməsinin tərəfdarıdır.
Bundan başqa, Aİ-nin maliyyə nazirləri oktyabrın 19-dək Macarıstanın təşkilatın fondlarından vəsaitlərə çıxışı ilə bağlı qərar verməlidirlər, lakin onların bu müddəti iki ay uzatmaq imkanı var. Agentliyin mənbələrinə görə, müddətin uzadılma ehtimalı daha yüksəkdir.