Avropa İttifaqı Moldova oliqarxlarına qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Oliqarxlar Moldovada sabitliyin pozulmasına kömək etməkdə ittiham olunur. Qeyd olunur ki, Avropa rəsmiləri ayrı-ayrı şəxslərə qarşı sanksiyaların tətbiqinə imkan verəcək hüquqi bazanın yaradılması üzərində çalışırlar.
Məlumata görə, iyunda Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitinə qədər sanksiyalar üzərində iş yekunlaşa bilər.
Nəşrin məlumatına görə, bir neçə ölkə bu təklifi dəstəkləyib.